28 
May
2017
14:21
55
140
4524
Virtual karabakh

Rusiyadan Türkiyəyə uçan təyyarə təcili eniş edib

28 May, 2017
14:21
4524

Rusiyadan Türkiyəyə uçan təyyarə təcili eniş edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu səhər Moskvadan Türkiyənin Dalaman şəhərinə uçan sərnişin təyyarəsi iki sərnişin arasında baş verən dava-dalaş səbəbindən Krasnodara təcili eniş edib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, təyyarə yerli vaxtla saat 05.30-da Krasnodar aeroportuna enib. Təyyarədə özünü qaydalara uyğun aparmayan 2 sərnişin polis şöbəsinə gətirilib. Onlardan birinin sərxoş olduğu üzə çıxıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Təyyarə isə 07.30 radələrində reys üzrə uçuşunu davam etdirib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri