28 
May
2017
16:48
184
105
10329
Virtual karabakh

Kim Çen In yeni raketini nümayiş etdirib – VİDEO

28 May, 2017
16:48
10329

Kim Çen In yeni raketini nümayiş etdirib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Koreyanın Mərkəzi Televiziyası  yeni “yer-hava” tipli raketin sınaq buraxılışına dair video nümayiş etdirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi bu gün səhər düşmənin pilotsuz təyyarələrini və raketlərini məhv etmək üçün “yer-hava” tipli raketin sınaq buraxılışının keçirildiyi barədə məlumat yayıb.

Görüntülərdə nümayiş etdirilən yeni raket “soyuq buraxılış” texnologiyasına əsaslanır. “Coyuq buraxılış” zamanı raket qazın təzyiqi ilə buraxılır, sonradan havada yanacaqla hərəkət edir.  Bu da buraxılış qurğusunun zədələnməməsinə, qurğunun ömrünün uzanmasına, qısa intervala həmin qurğudan yeni raketin buraxılışını həyata keçirməyə imkan yaradır.

Sınaq buraxılışında Şimali Koreya lideri Kim Çen In iştirak edib. Sınaqdan razı qalan Şimali Koreya lideri raketin kütləvi buraxılışına başlanılması barədə göstəriş verib: “Bu raketlər bütün ölkəni meşə kimi bürüməli, düşmənin havada hökmran olması barədə illüziyalarını məhv etməlidir”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri