29 
May
2017
17:06
227
88
14709
Virtual karabakh

Arvadlarına xəyanətə görə kişini ölənə qədər daşladılar

29 May, 2017
17:06
14709

Arvadlarına xəyanətə görə kişini ölənə qədər daşladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Somalidə fəaliyyət göstərən “Hərəkət Əş-Şəbab” qruplaşmasının yaraqlıları xəyanətə görə yerli sakini ölənəcən daşlayıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “International Business Times UK” nəşri yazır.

Hadisə mayın 28-də ölkənin cənubunda Ramo-Adi kəndində baş verib. Qeyd olunur ki, 44 yaşlı Somali sakinini edamdan əvvəl boğaza qədər torpağa basdırıblar.

Regionun qubernatoru Moalim Cediou bildirib ki, kişinin iki arvadı və uşaqları olub, lakin o, daha bir dul qadın ilə maraqlanıb. 

Selyanin qadına yerli icmanın liderindən nikaha girməyə dair icazə alması barədə yalan deyib və onunla ailə həyatı qurub. Qadın hamilə qalandan sonra isə məlum olub ki, heç bir icazə yoxdur və nikah qanunsuzdur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri