29 
May
2017
20:25
249
238
10972
Virtual karabakh

Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb – YENİLƏNİB + VİDEO

29 May, 2017
20:25
10972

Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın paytaxtı Moskvada baş verən güclü qasırğa nəticəsində 11 nəfər ölüb.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, xəstəxanalara tibbi yardım üçün 50-dən çox insan müraciət edib. Onların arasında uşaqların da olduğu bildirilir. Xəsarət alanlar Moskvanın 10 xəstəxanasına yerləşdirilib. Hazırda onlara müvafiq tibb yardım göstərilir.

Səhiyyə departamentinin rəsmisi bildirib ki, xəsarət alanların sayının artması istisna edilmir. 

 

18:59

Bazar ertəsi Moskvada 6 nəfər qasırğa nəticəsində həyatını itirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbəri Yuliya İvanova məlumat verib.

“Moskvanın şimal-şərqində, cənub-qərbində və şərqində qasırğa nəticəsində ağaclar yaxınlıqdan keçən sakinlərin üzərinə aşıb. Aldığı xəsarətlərdən 5 nəfər hadisə yerində ölüb. Bundan əlavə, elə həmin gün güclü külək nəticəsində Kirovoqradsk küçəsində dayanacağın konstruksiyası qırılıb. Nəticədə yaşlı kişi hadisə yerində ölüb”, - deyə İvanova bildirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri