29 
May
2017
22:00
122
61
3683
Virtual karabakh

Moldova prezidenti Rusiya diplomatlarının qovulmasını pisləyib – YENİLƏNİB

29 May, 2017
22:00
3683

Moldova prezidenti Rusiya diplomatlarının qovulmasını pisləyib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldova prezidenti İqor Dodon avropayönlü partiyaların koalisiyasından ibarət hökumət tərəfindən Rusiyanın Kişinyovdakı səfirliyinin 5 əməkdaşının “persona non qrata” elan edilməsini pisləyib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İ.Dodob bildirib ki, hökumətin qərarı Rusiya ilə münasibətlərin bərpasına qarşı yönəlib.

“Düşünürəm ki, bu mənim Kreml ilə konstruktiv dialoqumdan narahat olan qərbin, ilk növbədə ABŞ-ın sifarişidir. Əminəm, onlar bununla ölkəmizi və xalqımızı necə mürəkkəb və riskli vəziyyətə gətirdiklərini anlamırlar.  Bu kobud şəkildə atılan addım mənfi nəticələrsiz qalmayacaq”, -deyə İ.Dodon bildirib.

Qeyd edək ki, bu gün beş rusiyalı diplomatdan Moldovanı tərk etmək tələb olunub.

20:40

Beş rusiyalı diplomatdan Moldovanı tərk etmək tələb olunub.

Oxu.Az bu barədə APA-ya istinadla xəbər verir.

“Publika” telekanalı Moldova xarici işlər nazirliyinin mətbuat katibi Anna Samsonun sözügedən mövzu ilə bağlı açıqlamasını yayıb.

Hələ ki, hadisənin təfərrüatları barədə ətraflı məlumat verilmir.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri