İyn
2017
13:37
132
78
17717
Virtual karabakh

Qətər ətrafında beynəlxalq qalmaqal – YENİLƏNİB

5 İyn, 2017
13:37
17717

Qətər ətrafında beynəlxalq qalmaqal – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərlə diplomatik əlaqələrin dayandırılması barədə daha bir ölkə bəyanat verib.

Oxu.Az xəbər verir ki, bu, Maldiv adalarıdır.

12:34

Baş qərargahı Liviyanın şərqində yerləşən və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış müvəqqəti hökuməti Səudiyyə Ərəbistanı və BƏƏ daxil olmaqla bir sıra ərəb ölkələrinin ardınca Qətər ilə diplomatik əlaqələrin kəsilməsini elan edib.  

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb. 

“Qətər 2012-ci ildən “Müsəlman qardaşları” təşkilatının Liviya qolunu və digər islamçı silahlı qüvvəllərini silah ilə təchiz edən mənbədir və ərəb dünyasının milli təhlükəsizliyi üçün təhdiddir”, - bunu Liviyanın müvəqqəti hökumətinin xarici işlər naziri Məhəmməd əd-Dairi birbaşa yayımda bildirib. 

11:24

Yəmən hökuməti Qətər ilə diplomatik münasibətləri kəsən bir sıra ərəb ölkələrinin qərarına qoşulub.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.

Kanalın məlumatında qeyd edilir ki, Yəmən Qətəri ölkədə radikal qruplaşmaları dəstəkləməkdə ittiham edib və Qətərin silahlı qüvvələrinin ərəb koalisiyasında iştirakını dayandırmaq barədə qərarı dəstəkləyib. 

Səudiyyə Ərəbistanı başda olmaqla ərəb koalisiyası Yəməndə hərbi-siyasi münaqişədə hökumət tərəfindən iştirak edir və 2015-ci ildən şiə qiyamçı-husilər ilə mübarizə aparır. 

08:37

Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik münasibətləri kəsib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu adıçəkilən ölkələrin XİN-ləri bəyan edib.

Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək verməsi və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.

Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında Ərəb koalisiyası Yəməndə keçirilən əməliyyatda Qətərin iştirakını dayandırıb.

Qətərlə digər ərəb ölkələri arasında münasibətlər bu yaxınlarda Ər-Riyadda keçirilən sammitdən sonra pisləşib. Belə ki, Qətərin dövlət xəbər agentliyi ölkə əmiri adından İranla münasibətlərin yaxşılaşdırılmasına çağırıb. Bundan sonra Qətər XİN-in rəsmi nümayəndəsi belə bir bəyanatın verilmədiyini bildirib, məlumatın dərcini  agentliyin saytının  hakerlər  tərəfindən sındırılması ilə izah edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri