17 
İyn
2017
09:15
105
61
1797
Virtual karabakh

ABŞ esminesi yük gəmisi ilə toqquşub, yaralanan və itkin düşənlər var

17 İyn, 2017
09:15
1797

ABŞ esminesi yük gəmisi ilə toqquşub, yaralanan və itkin düşənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya sahillərində ABŞ esminesi ilə Filippinə məxsus yük gəmisinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, yaralılardan biri “USS Fitzgerald” esminesinin kapitanıdır. O, və daha üç hərbçi ABŞ Hərbi-Dəniz Qüvvələrinin hospitalına çatdırılıb, vəziyyətlərinin sabit olduğu bildirilir.

Yaponiya Sahil Mühafizəsi İdarəsinin məlumatına görə, qəza nəticəsində itkin düşən 7 ABŞ hərbçisinin axtarışına 5 zirehli kater və aviasiya dəstəsi cəlb edilib.

Xatırladaq ki, yerli vaxtla saat 02:30-da Yaponiyanın Yokosuka şəhərindən 103 km cənub-qərbdə  ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “USS Fitzgerald” esminesi Filippin bayrağı altında üzən “ACX Crystal” yük gəmisi ilə toqquşub.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri