London terrorçusunun kimliyi açıqlandı – YENİLƏNİB + FOTO + VİDEO
London terrorçusunun kimliyi açıqlandı – YENİLƏNİB + FOTO + VİDEO
Londonun Finsberi rayonunda məscid yaxınlığında terror aktı törədən şəxs 47 yaşlı Darren Osborndur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Sky News telekanalı məlumat yayıb.
Xatırladaq ki, ötən gecə Londonda məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən sürücü avtomobili piyadaların üstünə sürüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
09:17
Londonda miniven tipli avtomobil piyadaları vurub, ölən və xəsarət alanlar var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın məlumatında bildirilir.
Məlumata görə, daha 8 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.
“Sky News” telekanalının hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə, insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, ikisi hadisə yerindən qaçıb. İnsident Böyük Britaniya paytaxtının şimal-şərq bölgəsində yerləşən məscidin yaxınlığında qeydə alınıb.
A.M.