19 
İyn
2017
10:21
51
302
6305
Virtual karabakh

Ermənilər Qarabağda hotellər tikir - FOTO

Ermənilər xariciləri Qarabağa cəlb etmək üçün ərazidə çoxlu sayda hotel, motel və hostellər açırlar.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda AMEA-nın İnsan Hüquqları İnstitutunun əməkdaşı Faiq İsmayılov məlumat verib.

O bildirib ki, Ermənistan hökuməti Şuşa şəhərində Azərbaycan memarlıq nümunələri sayılan binaları təmir edərək hotel kimi istifadəyə  verirlər. Bu hotellərdən biri  “Avan Shoushi Plaza” hoteldir. Üç ulduz lisenziyası ilə sənədləşdirilən bu hotel keçmiş “Qarabağ” mehmanxanasının binasıdır. Hotel 2011-ci ildə istifadəyə verilib. Hoteldə 49 çarpayı, 6 birnəfərlik, 18 ikinəfərlik, 7 birnəfərlik lüks otaq  mövcuddur. Qiymətlər mövsümdən asılı olaraq 10 dollardan 187 dollara qədər   dəyişir: “Qiymətlərin yüksəkliyi burada müştərilərin heç də qıt olmadığını göstərir”. 

“Shushi Grand Hotel” isə 2011-ci ildə Şuşa şəhərinin tarixi binalarının birində istifadəyə verilib.  Hotel rus kilsəsi ilə üzbəüz ərazidə yerləşir. Burada 76 çarpayı, 14 birnəfərlik, 25 ikinəfərlik, 3 VİP-birnəfərlik, 3 ailəvi-üçnəfərlik otaqlar var.  

Shushi Hotel şəhərin mərkəzinə yaxın, rus kilsəsinin 50 metrliyində yerləşir.  21 çarpayı, 9 ikinəfərlik, 3 birnəfərlik otaqları var.

Armen and Christina's B&B:  Şuşada otellərdən başqa adi vətəndaşlar da azərbaycanlıların yaşadıqları evləri təmir edərək ucuz qiymətə turistlərə icarəyə verirlər. Fransa vətəndaşı Armen adlı bir şəxs Rumıniyadan olan Kristina adlı bir qızla evlənərək Şuşaya gəlib, burada bir neçə boş evi təmir edərək hotel biznesi ilə məşğul olurlar. 

İrəvandan olan gənc ailə Mhitar və Armin də Şuşaya gələrək buradakı boş azərbaycanlı evlərini təmir edir,  turistlərə icarəyə verərək, gəlir əldə edirlər. 

"Şuşi" otelində xidmətçi işləyən Bella adlı bir xanım da məskunlaşdığı evdə hər gün 4–5 turist qəbul edə bilir. 

Ermənistan Hökuməti  Kəlbəcər, Ağdərə, Xocavənd, Hadrut və Martuuni ərazilərində turizmin inkişafı üçün böyük məbləğdə investisiya qoyur, hər il yeni-yeni otellər istifadəyə verirlər. Ermənilər Hadrud qəsəbəsinin mərkəzində “Nazank Coaching İnn" (Nazank hostel) hotelini istifadəyə veriblər.

Noyan Tapan Hosteli isə Şuşa yaxınlığında yerləşir. Restoranı və müştərilərinə uyğun  olaraq ekskursiya xidmətləri mövcuddur. 

Ağdərə şəhərinin mərkəzində "Lousastgh" hosteli fəaliyyət göstərir. 

Laçın rayonunun Soltanlar (Hüsülü) kəndində Soltan Əhməd sarayının binasında Melikatun Hostel yaradılıb.

Xocavənd rayonunun Tuğ kəndində Kyank hosteli istifadəyə verilib. Hotelin restoranı və istirahət zonası var. 

Ağdərə şəhərinin mərkəzində Hostel Artsakh yerləşir.  1 ikinəfərlik, 1 üçnəfərlik, 1 dördnəfərlik, 2 beşnəfərlik otaqlardan ibarətdir.

F. İsmayılov bildirib: “Hal-hazırda Ermənistan hökumətinin Qarabağda apardığı turizm təbliğatı qeyri-qanuni olmaqla, həm də əxlaqi dəyərləri zədələyir. Bütün bu oyunların qurulmasında Ermənistan hökumətinin məqsədi dünya ictimaiyyətinin diqqətini çəkmək və Dağlıq Qarabağ ərazilərini müstəqil inzibati ərazi vahidi kimi tanıtmaqdan ibarətdir”. 

Həmin hotellərin bəzilərinin fotolarını təqdim edirik: 

N.О.

www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Dünya xəbərləri