19 
İyn
2017
11:29
79
16
4024
Virtual karabakh

Süd yolunda yüksək texnoloji sivilizasiyaların mövcudluğu sübut edildi

19 İyn, 2017
11:29
4024

Süd yolunda yüksək texnoloji sivilizasiyaların mövcudluğu sübut edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı alimlər Luis Ankordoki, Susanna Veber və Xorxe Soriano Süd yolunda Yer planetinin sakinləri ilə kontakta girməyə qadir olan yadplanetli sivilizasiyanın mövcudluğunu göstəriblər.

Oxu.Az bu barədə tədqiqatın preprintini əldə etmiş Lenta.ru-ya istinadən xəbər verir. 

Mütəxəssislər Süd yolunda 100,000,000,000, bütün kainatda isə 50,000,000,000,000,000,000,000 yaşama uyğun, Dünyaya bənzəyən planetin mövcud olduğunu, bizimlə əlaqə qurmaq ehtimalı olan sivilizasiyaların sayını hesablamaq üçün 1961-ci ildə Franke Dreyk tərəfindən təqdim olunan riyazi formulu modifikasiya ediblər.  

Mütəxəssislər göstəriblər ki, kainat miqyasında Yer ilə kommunikasiya yarada biləcək vasitələrə malik ən azı bir yadplanetli sivilizasiya mövcuddur. 

Alimlər buraxılışa hazırlaşan TESS (Transiting Exoplanet Survey Satellite) və JWST (James Webbb Space Telescope) kosmik rəsədxanaların tədqiqatın nəticələrini yoxlamağa imkan yaradacağını ehtimal edirlər. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri