19 
İyn
2017
10:52
11
171
6087
Virtual karabakh

İstanbul-Tbilisi reysi ilə uçan təyyarəni ildırım vurdu

19 İyn, 2017
10:52
6087

İstanbul-Tbilisi reysi ilə uçan təyyarəni ildırım vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Atlas global” aviaşirkətinə məxsus İstanbul-Tbilisi reysi həyata keçirən təyyarəni ildırım vurub, təyyarə Atatürk aeroportuna geri qayıtmağa məcbur olub. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki,  bazar ertəsi sərnişinlər  bu barədə jurnalistlərə məlumat verib.  

Məlumata görə, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra onu ildırım təyyarəni vurub. Təyyarə ekipajı dərhal geri qayıtmaq barədə qərar qəbul edib.

Sərnişin Kote Matitaşvili deyib: “Hadisə nəticəsində zərərçəkən olmayıb, amma məlumata görə, təyyarə zədələnib, məhz bu səbəbdən aeroporta geri qayıtmaq qərarı alınıb”. 

Aeroportun mətbuat xidmətindən jurnalistlərə bildirilib ki,  İstanbul-Tbilisi reysi hava şəraitinə görə gecikib. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri