19 
İyn
2017
11:53
124
54
6310
Virtual karabakh

Moskvada taksi sürücüsü jurnalistdən 1500 manat bəxşiş aldı - VİDEO

19 İyn, 2017
11:53
6310

Moskvada taksi sürücüsü jurnalistdən 1500 manat bəxşiş aldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konfederasiyalar Kubokunu işıqlandırmaq üçün Rusiyaya səfər edən Çili jurnalisti Dieqo Qaspar moskvalı taksi sürücüsünə Domodedovo aeroportundan “Kraun Plaza” mehmanxanasına gəlmək üçün 50 min rubl (1500 AZN) ödəyib. 

Oxu.Az xəbər verir ki, bu barədə Federal xəbər agentliyi məlumat yayıb. 

“Radio Chili”nin əməkdaşı taksiyə əyləşib və yalnız mənzil başına çatdıqdan sonra gediş haqqının məbləğini soruşub. Taksi sürücüsü gediş haqqının 60 min rubl olduğunu bildirib. Dediyi məbləği sərnişindən alan sürücü 10 min rublu ona qaytardıqdan sonra oradan uzaqlaşıb. Çilili jurnalist aldandığını başa düşərək polisə müraciət edib. Polis az bir müddətdə taksi sürücüsünü saxlayıb. 

“R-Sport”un məlumatına görə, taksi sürücüsü Qaspardan aldığı pulu geri qaytarıb. 

“Çili Respublikasının vətəndaşı Dieqo Qaspar Saez Mirandaya 50 min rubl qaytarılıb. Sürücü jurnalistdən üzr istəyib” – RF DİN rəsmi saytında dərc edilən məlumatda deyilir. 

S.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri