20 
İyn
2017
14:34
32
138
2707
Virtual karabakh

Ermənistana almalardan sonra Azərbaycan duzunu və çayını idxal etmək istəyiblər

20 İyn, 2017
14:34
2707

Ermənistana almalardan sonra Azərbaycan duzunu və çayını idxal etmək istəyiblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yerevan bazarlarında aşkar edilən Azərbaycan almaları ilə bağlı qalmaqaldan sonra Ermənistanın gömrük xidməti gücləndirilmiş iş rejimindədir. 

Oxu.Az Arka.am-a istinadən xəbər verir ki, Ermənistanın dövlət gəlirləri üzrə Komitəsinin mətbuat xidməti bu günlərdə Azərbaycan mənşəli malların idxalının qarşısın alınması barədə bəyanat verib. 

Keçid-nəzarət məntəqəsinin əməkdaşları Ermənistana Gürcüstandan gələn avtomobillərdə yarım tona yaxın Azərbaycan istehsalı olan xörək duzu və çay aşkar ediblər. 

Duz və çayı avtomobilində gətirən şəxslər malın mənşəyi barədə məlumatları olmadıqlarını bildiriblər, üzə çıxan məlumatlardan sonra isə maldan imtina ediblər.  

Aprel ayında Ermənistanın Dövlət qida təhlükəsizliyi xidməti Azərbaycan almalarının ölkə bazarlarında satılmasına dair KİV-də yayılmış məlumatı yoxlamaq üçün genişmiqyaslı tədqiqat aparmışdı.    

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri