21 
İyn
2017
10:48
23
66
3363
Virtual karabakh

Səudiyyə Ərəbistanı kralı varisini dəyişdi

21 İyn, 2017
10:48
3363

Səudiyyə Ərəbistanı kralı varisini dəyişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz əl-Səud varis şahzadəni dəyişib.

Məhəmməd bin-Naif əl-Səudun yerinə 31 yaşlı şahzadə, kralın oğlu Məhəmməd bin Salman əl-Səud təyin edilib.

Məhəmməd bin-Salman əl-Səud həm də baş nazirin birinci müavini təyin olunub. Varis şahzadə əvvəlki kimi krallığın müdafiə naziri vəzifəsini də icra edəcək.

Kralın fərmanına əsasən, Məhəmməd bin-Naif əl-Səud yalnız varis titulundan məhrum edilməyib. O, həm də baş nazirin birinci müavini və daxili işlər naziri vəzifələrindən də azad olunub.

S.S.
©TASS 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri