21 
İyn
2017
12:46
119
41
6663
Virtual karabakh

“Swarovski”nin sahibi qızına milyonluq toy etdi – FOTO

21 İyn, 2017
12:46
6663

“Swarovski”nin sahibi qızına milyonluq toy etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın “Swarovski” şirkətinin sahibi Paul Swarovskinin qızı, 23 yaşlı müğənni Viktoriya Swarovskinin toyu olub.

Oxu.Az Milli.Az-a istinadla xəbər verir ki, nikah və toy mərasimləri İtaliyanın Triest şəhərində olub.

V.Swarovski Almaniyanın Münhen şəhərində yaşayan investor, 40 yaşlı Verner Murza ərə gedib.

San-Custo kilsəsindəki nikah mərasiminə 250 nəfər qonaq qatılıb.

Gəlinin əynindəki 8 metr uzunluğunda ətəyi olan paltar 500 min “Swarovski” qaşı ilə bəzədilib. 46 kq ağırlığı olan bu geyimin dəyəri 1 milyon dollardır.

Gəlinin geyimi dizayner Maykl Çinçonun, ayaqqabıları Birləşmiş Ərəb Əmirliklərində çalışan dünyaca məşhur dizayner Cimmi Çusun əsərləri olub.

Gəlin toyda bir neçə mahnı da ifa edib.

3 gün davam edən toya on milyonlarla avro pul xərclənib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri