21 
İyn
2017
15:18
10
206
2551
Virtual karabakh

Səudiyyə Ərəbistanı Qətər dəvələrini ölkədən çıxarır

21 İyn, 2017
15:18
2551

Səudiyyə Ərəbistanı Qətər dəvələrini ölkədən çıxarır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəvələr və qoyunlar Qətər və Ərəb körfəzi dövlətləri arasındakı münasibətlərdə yaranan böhranın qurbanları olub.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının hakimiyyəti bütün Qətər dəvələrinin və qoyunlarının ölkə ərazisini tərk etməsini tələb edib. 

Qətər məmurlarının məlumatına görə, 15 min dəvə və 10 min qoyun artıq sərhədi keçib. Onlar üçün yem və suyun olduğu sığınacaqlar yaradılıb. 

Qeyd edilir ki, qətərlilər Səudiyyə Ərəbistanı ərazisində mal-qara saxlayırlar, belə ki, Qətərin yetərincə otlaqları yoxdur. 

Xatırladaq ki, on ölkə, o cümlədən də 7 ərəb ölkəsi, onu terroru dəstəkləməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri pozub. Doha bütün ittihamları təkzib edib. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri