24 
İyn
2017
22:40
12
473
2621
Virtual karabakh

Pakistanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 85-ə çatdı – YENİLƏNİB

24 İyn, 2017
22:40
2621

Pakistanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 85-ə çatdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistanda baş verən terror aktları nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.

Oxu.Az Associated Press-ə istinadən xəbər verir ki, terror aktları nəticəsində 73 nəfərin öldüyü bildirilirdi.

22:00

Pakistanda törədilən üç terror aktı nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.

AP yazır ki, Paraçinar şəhərində törədilən partlayışlar nəticəsində 55 nəfər dünyasını dəyişib.

Yerli xəstəxananın nümayəndəsi deyib ki, tibb ocağına indiyədək 260 nəfər müraciət edib ki, onların əksəriyyətinin vəziyyəti kritikdir.

Həmin gün Bəlucistanın Kvetta şəhərində avtomobilin partladılması nəticəsində 14 nəfər dünyasını dəyişib. 

Karaçi şəhərində isə silahlı insident nəticəsində 4 asayiş keşikçisi ölüb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri