22 
İyn
2017
12:47
114
24
2867
Virtual karabakh

Rusiya Fransaya nota göndərib

22 İyn, 2017
12:47
2867

Rusiya Fransaya nota göndərib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə Le Burje aviasalonunda keçirilən sərgidə iştirak edən “Rusiya müdafiə-ixracat” Səhmdar Cəmiyyətinin heyətinin rəhbəri Sergey Kornevin avtomobilinə hücum olub.

Hadisə ilə əlaqədar Rusiyanın Fransadakı səfirliyi Fransanın XİN-ə nota göndərib. 

Oxu.Az xəbər verir ki, diplomatik sənədin göndərilməsinə dair RİA Novosti məlumat yayıb. 

Xatırladaq ki, çərşənbə axşamı San-Denidə Kornevə hücum baş verib. Sərgi başa çatdıqdan sonra geri qayıdan heyət rəhbəri avtomobildə olub. Hücum edənlərin qarətçi olduqları ehtimal edilir. Onlar avtomobilin şüşəsini sındıraraq pul və qiymətli əşyaları tələb ediblər. Sergey Kornev pasportunu qoruya bilib. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri