22 
İyn
2017
15:05
192
90
1893
Virtual karabakh

Polşada “Qızıl Ordu”nun heykəlləri söküləcək

22 İyn, 2017
15:05
1893

Polşada “Qızıl Ordu”nun heykəlləri söküləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşa parlamentinin aşağı palatası (Seym) bina və obyektlərin adlarında kommunizm və ya digər totalitar quruluşun təbliğatını qadağan edən qanuna dəyişikliklərin edilməsinə səs verib.

Sənəddə deyilir: “Heykəllər kommunizm və digər totalitar quruluşu simvolizə edən şəxslərin, təşkilatların, hadisələrin və tarixlərin əhəmiyyətini ifadə edə bilməz”.  

Oxu.Az TASS-a istinadən xəbər verir ki, sənəd sovet dövrünün, o cümlədən “Qızıl Ordu”nun şərəfinə ucaldılmış memorialın sökülməsini nəzərdə tutur. 

“Qanun qəbul edildi”, - məlumatı Seymin mətbuat xidmətində təsdiqləyiblər. 

Birinci və ikinci oxunuşda dəyişikliklərin edilməsini parlament üzvlərinin əksəriyyəti dəstəkləyib. Səsvermə nəticəsində 408 deputat lehinə, yeddi deputat əleyhinə səsə verib, 15 deputat bitərəf qalıb. 

Polşa qanunvericiləri bu memorialların 12 ay ərzində söklüməsini təklif edirlər. Ekspertlər ölkə ərazisində 469 belə obyekt sayıblar, onlardan 250-si “Qızıl Ordu”nun şərəfinə ucaldılıb.  

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri