22 
İyn
2017
16:42
17
74
1335
Virtual karabakh

Donald Tusk: Böyük Britaniya Aİ-də qala bilər

22 İyn, 2017
16:42
1335

Donald Tusk: Böyük Britaniya Aİ-də qala bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının sədri Donald Tusk Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qala biləcəyini istisna etməyib. Buna görə, bəlkə də, bəziləri tərəfindən xəyalpərəst də adlandırıla biləcəyini qeyd edən Tusk, bu düşüncədə olan yeganə şəxs olmadığını da vurğulayıb. 

Oxu.Az bu barədə “İzvestiya iz”ə istinadən xəbər verir.  

“Mənim bəzi britaniyalı dostlarım  soruşurlar ki, Brexitin qarşısı alına bilərmi və mən Böyük Britaniyanın Aİ-nin tərkibində qala biləcəyinə dair düşüncələrim hansı yöndədir.  Mən onlara Avropa İttifaqının, əslində, nail olunması mümkünsüz görünən arzular üzərində qurulduğunu deyirəm. Məni xəyalpərəst adlandıra bilərsiniz, amma belə düşünən yeganə insan deyiləm”, - Tusk jurnalistlərə bildirib. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri