22 
İyn
2017
16:58
23
67
1589
Virtual karabakh

Şimali Koreya XİN-i öz saytını yaradıb

22 İyn, 2017
16:58
1589

Şimali Koreya XİN-i öz saytını yaradıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Koreyanın Xarici İşlər Nazirliyi özünə internet sayt yaradıb.

Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir. 

Ölkənin Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, nazirlik bu sayt vasitəsilə ölkənin xarici siyasətini öyrənmək istəyənləri qarşılıqlı anlaşmaya, Şimali Koreya ilə dostluğa, əməkdaşlığa, sülhə, müstəqillik ideyalarına yardım etməyə çağırıb.

Sayt koreya və ingilis dillərində nazirlik haqqında məlumatlar təqdim edir.

Şimali Koreya kimi qapalı bir ölkədə XİN-in bir neçə idarələrinin elektron və poçt ünvanlarının açıqlanması adi hadisə deyil.

Saytda ölkənin xarici siyasətinə dair xəbərlər, Şimali Koreyanın diplomatik kursunun şərhləri və başqa bu yöndə olan məlumatlar yer alıb. 

Orada axtarış sistemi də quraşdırılıb. 

Şimali Koreya ərazisindən sayta daxil olmaq mümkün deyil, o, əcnəbilərin və xaricdə yaşayan koreyalıların istifadəsi üçün yaradılıb. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri