22 
İyn
2017
21:15
20
296
9765
Virtual karabakh

Evlənməkdən imtina edən ofisiant qızı kafedə qanına qəltan etdilər

22 İyn, 2017
21:15
9765

Evlənməkdən imtina edən ofisiant qızı kafedə qanına qəltan etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva kafelərinin birində ofisiant qızı iş yerində öldürüblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat iyunun 22-də Rusiya İstintaq Komitəsinin saytında yerləşdirilib.

Cinayətkar Maşkov küçəsində müəssisəyə daxil olaraq qıza doqquzdan çox bıçaq zərbəsi endirib.

“İlkin məlumata görə, cinayətin motivi qızın oğlanla evlənməkdən imtina etməsi olub. Cütlük sosial şəbəkədə tanış olub”, - idarədən bildiriblər.

Şübhəli şəxs saxlanılıb. Hazırda hadisə yerində müstəntiqlər işləyirlər. Faktla bağlı cinayət işi başlanılıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, həm hadisənin qurbanı, həm də şübhəli şəxs Qırğızıstan vətəndaşlarıdır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri