22 
İyn
2017
23:30
378
168
15481
Virtual karabakh

İŞİD terrorçusunu öldürən snayper yeni dünya rekorduna imza atdı

22 İyn, 2017
23:30
15481

İŞİD terrorçusunu öldürən snayper yeni dünya rekorduna imza atdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın xüsusi təyinatlı qüvvələrinin hərbi qulluqçusu İraqda İŞİD terrorçusunu 3540 metr məsafədən atəşlə öldürüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Globe and Mail” nəşri məlumat yayıb.

Döyüş şəraitində dəqiqliyə görə yeni rekorda imza atan snayperin adı təhlükəsizlik məqsədi ilə açıqlanmır. Məlumdur ki, atəş “McMillan TAC-50” silahından açılıb. Hərbi qulluqçuya nişan alıb atəş açmağa 10 saniyə vaxt lazım olub.

Atəşin dəqiqliyi və məsafəsi videokamera və digər texniki vasitələrlə yoxlanılıb.

Qeyd edək ki, bundan əvvəl dünya rekordu britaniyalı snayper Kreyq Harrisə məxsus idi. O, 2009-cu ildə “Taliban” təşkilatının iki terrorçusunu 2475 metr məsafədən zərərsizləşdirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri