23 
İyn
2017
09:20
74
189
5671
Virtual karabakh

Telman İsmayılovun Las-Veqasdakı ticarət mərkəzinə həbs qoyulub

23 İyn, 2017
09:20
5671

Telman İsmayılovun Las-Veqasdakı ticarət mərkəzinə həbs qoyulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan əsilli sahibkar, AST Şirkətlər Qrupunun təsisçisi Telman İsmayılovun ABŞ-ın Las-Veqas şəhərində yerləşən, ümumi sahəsi 7 min kv.m olan ticarət mərkəzinə həbs qoyulub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, həbs qərarı “Moskva Bankı”nın iddiası əsasında verilib.

Məlumata görə, hazırda T.İsmayılovun “Moskva Bankı” qarşısında borcunun həcmi 19 mlrd. rubl təşkil edir.

“Moskva Bankı” ABŞ məhkəməsinə müraciət edərək kreditlər üzrə ödəmələri dayandıran və əldə etdiyi vəsaitləri ölkədən çıxararaq xarici ölkələrdə qohumlarının adına daşınmaz əmlak əldə edən Telman İsmayılovu dələduzluqda ittiham edib. Məhkəmə ticarət mərkəzinə həbs qoyaraq kreditorun iddialarını cavablandırmaq üçün cavabdeh tərəfə vaxt verib”, - deyə bankın xəbərində bildirilir.

Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin martında Telman İsmayılovu müflis elan edib.

Moskva məhkəməsi onun əmlakının satışa çıxarılması proseduruna start vermişdi.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri