23 
İyn
2017
10:02
258
8
4757
Virtual karabakh

Atatürk hava limanında terrorçu qadın saxlanıldı

23 İyn, 2017
10:02
4757

Atatürk hava limanında terrorçu qadın saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə polisinin Atatürk hava limanında həyata keçirdiyi əməliyyat nəticəsində  Melis C. əslən İrandan olan N.H. adına saxta pasportla Qətərə keçmək istəyən qadın saxlanılıb.  

İstanbul qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları tərəfindən insan alveri ilə məşğul olan qrupun üzvü kimi axtarışda olan qadın xaricə qaçmağa cəhd edib.  

Oxu.Az milliyet.com.tr-ə istinadən xəbər verir ki, haqqında 7,5 il həbs cəzası hökmü çıxarılmış Melis C. əslən İrandan olan N.H. adına saxta pasportla Dohaya getmək istəyib. 

Axtarış zamanı daha iki saxta pasport aşkar edilib. Hava limanının müşahidə kameralarının görüntülərini izləyən polis əməkdaşları qadının xarici ölkəyə qaçmasına şərait yaradan 59 yaşlı M.Ç. adlı şəxsin də Qətərə getdiyi müəyyən edilib. Qətər mühafizə orqanları ilə əlaqə quran Türkiyə polisi həmin şəxsi saxlayıb. M.Ç. İstanbul polisinə təslim edilib. Dindirilmə zamanı Melis C.-nin həbs cəzasından yayınaraq xaricə qaçması üçün şərait yaradan və yardım edən bir neçə nəfər də saxlanılıb.  

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri