23 
İyn
2017
12:03
13
44
1298
Virtual karabakh

Tereza Mey: Aİ ölkələrinin vətəndaşlarına güzəşt ediləcək

23 İyn, 2017
12:03
1298

Tereza Mey: Aİ ölkələrinin vətəndaşlarına güzəşt ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın baş naziri Tereza Mey Aİ dövlət və hökumət başçılarının Brüsseldə keçirilən sammitinin gedişatında bəyan edib ki, Brexitdən sonra Aİ ölkələrinin vətəndaşları Britaniyanı tərk etməyə məcbur edilməyəcəklər.  

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Avropa KİV-i Britaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb. 

Eyni zamanda, T.Mey Brexitdən sonra Böyük Britaniyada Aİ ölkələrinin vətəndaşlarına aid bütün mübahisəli məsələlərin Avropa İttifaqı Məhkəmə palatası tərəfindən deyil, Britaniya məhkəmələri tərəfindən həll ediləcəyi barədə xəbərdarlıq edib. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri