23 
İyn
2017
14:17
304
18
3630
Virtual karabakh

Nazarbayev: Alimlərimiz Azərbaycan əlifbasını öyrənməlidirlər

23 İyn, 2017
14:17
3630

Nazarbayev: Alimlərimiz Azərbaycan əlifbasını öyrənməlidirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Qazaxıstanda latın əlifbasına keçid bizim birliyimizi möhkəmləndirəcək və bizi ruhən yaxınlaşdıracaq", - bunu Qazaxıstan respublikasının prezidenti Nursultan Nazarbayev Astanada Qazaxların V dünya qurultayında bildirib.

Oxu.Az bu barədə BİA “Kazinform”a istinadən xəbər verir.  

“Latın əlifbasına keçid – qlobal elm və təhsilə inteqrasiya, ruhi birliyimizin təminatıdır. Sabiq postsovet məkanında, biz kiril əlifbasından, Qərbdəki qardaşlarımız latın əlifbasından istifadə edirlər. Belə çıxır ki, danışıqda eyni dil, yazıda isə fərqli əlifbadan istifadə edirik. Biz bir-birimizi başa düşmürük. Hazırda müasir elm, texnika və interneti öyrənməyə çalışırıq. Bunların hamısı latın əlifbasına əsaslanır. Latın əlifbasına keçid bizim birliyimizi möhkəmləndirəcək və bizi ruhən yaxınlaşdıracaq”, - Nursultan Nazarbayev bildirib. 

Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, bu məsələni planlaşdırılmış vaxtdan tez həll etmək olar. 

“Fərmanda son tarix kimi 2025-ci ili göstərmişəm, amma məncə, bu prosesi uzatmaq üçün heç bir səbəb yoxdur. Alimlərimiz əlifbanı Türkiyə, qonşularımız, artıq latın qrafikasına keçmiş Azərbaycan, Özbəkistan təcrübəsi əsasında hazırlaya bilər. Onların çatışmazlıqlarını nəzərə alaraq, öz əlifbamızı yaratmalıyıq”, - Nursultan Nazarbayev vurğulayıb. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri