23 
İyn
2017
22:31
411
36
5181
Virtual karabakh

İŞİD-in əsas maliyyəçisi məhv edilib

23 İyn, 2017
22:31
5181

İŞİD-in əsas maliyyəçisi məhv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən İŞİD terror qruplaşmasının əsas maliyyəçilərindən biri Favvaz Məhəmməd Cübeyr ər-Raui məhv edilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə koalisiya qüvvələri komandanlığının bəyanatında bildirilir.

Məlumata əsasən, Cübeyr ər-Raui  iyunun 16-da hava zərbəsi nəticəsində öldürülüb. Onun terror aktlarının törədilməsi üçün  milyonlarla dollar pul köçürdüyü, terrorçuların vəsaitlərinin digər ölkələrə ötürdüyü, xaricdən pul aldığı bildirilir.

Qeyd edək ki, 2016-cı ilin dekabrında ABŞ Maliyyə nazirliyi ər-Rauiyə qarşı sanksiya tətbiq etmişdi.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri