24 
İyn
2017
09:10
29
68
1620
Virtual karabakh

Maduronun tərəfdarları Venesuela parlamentinə hücum etdi

24 İyn, 2017
09:10
1620

Maduronun tərəfdarları Venesuela parlamentinə hücum etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuelanın paytaxtı Karakasda prezident Nikolas Maduronun tərəfdarları müxalifətin nəzarətində olan parlamentə hücum edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində 4 nəfər xəsarət alıb, binaya maddi ziyan dəyib.

Məlumata əsasən, Konstitusiya Assambleyasının çağırılmasına qarşı aksiya keçirən parlamentin əməkdaşları Nikolas Maduronun tərəfdarlarının hücumuna məruz qalıb.

Bundan əlavə, Karakasda etiraz aksiyası keçirən müxalifətçilər üç yük maşınını yandırıb. “Telesur” telekanalının məlumatına görə, insident Venesuela Hərbi Hava Qüvvələrinin bazası yaxınlığında qeydə alınıb.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub.

Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Aprelin əvvəlindən ölkədə iğtişaşlar nəticəsində 75 nəfər ölüb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri