24 
İyn
2017
20:20
506
21
2136
Virtual karabakh

Türkiyədə yeddi PKK üzvü məhv edilib

24 İyn, 2017
20:20
2136

Türkiyədə yeddi PKK üzvü məhv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin cənub-şərqində yerləşən Siirt və Hakkari vilayətlərində aparılan antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının yeddi üzvü məhv edilib.

Oxu.Az-ın apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının yaydığı məlumatda deyilir.

Terrorçulardan 5-i Siirtin Pervari əyalətində məhv edilib. Onların “M-16” və “Kalaşnikov” markalı avtomatlarla silahlandığı bildirilir. Hadisə yerinə baxış keçirilərkən orada radioqəbuledici və bir neçə partladıcı maddə aşkarlanıb.

Digər 2 terrorçu isə artilleriyanın dəqiq zərbəsi nəticəsində Hakkarinin Çuxurca rayonunda məhv edilib.

O da qeyd edilib ki, əməliyyat çərçivəsində terrorçularla əlaqədə şübhəli bilinən 16 şəxs saxlanılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri