26 
İyn
2017
22:24
310
46
22767
Virtual karabakh

Ataya dəfn etdiyi oğlundan zəng gəldi

26 İyn, 2017
22:24
22767

Ataya dəfn etdiyi oğlundan zəng gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Kaliforniya ştatının cənubunda ata oğlunu dəfn edəndən 11 gün sonra ondan telefon zəngi gəlib.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, mayın 6-da Fountain Valley qəsəbəsindəki Verizon mağazasının arxasında meyit tapılıb.

Morqdan 82 yaşlı Frank J.Kerrigana zəng edərək xəbər veriblər. Morqdan ataya bildiriblər ki, cəsədin  onun 57 yaşlı oğlu Frank M.Kerrigana aid olduğunu söyləyiblər.

Ata oğlunun meyitini tanımaq üçün gəlmək istədiyini deyəndə, buna ehtiyacın olmadığı, barmaq izləri ilə şəxsiyyətin müəyyən edildiyi bildirilib.

“Mən barmaq izləri söhbətini eşidəndə şübhə yerim qalmadı. Əgər barmaq izləri söhbəti olmasaydı, mən ora bir ürək döyüntüsü zamanında çatardım”, - deyə ata söyləyib.  

Bundan sonra, mayın 12-də ailə 20 min dollara 50 nəfərlik dəfn mərasimi təşkil edib.

11 gün sonra ataya dostundan telefon zəngi gəlib.

“Sənin oğlun sağdır, gözlə telefonu ona verim”, - deyə dostu Bill Şinker deyib.

Məlum olub ki, morqda meyitin kimliyini yanlış müəyyən ediblər.

Barmaq izləri ümumiyyətlə tutuşdurulmayıb. Kerriganın kimliyini isə onun köhnə sürücülük vəsiqəsindəki şəkillə müəyyən ediblər. Ailə morqa övladlarının sağ olduğunu deyəndən sonra barmaq izlərinə baxılıb və həqiqətən səhvə yol verildiyi aydın olub.

İndi Kerrigan morqu məhkəməyə verməyi planlaşdırır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri