26 
İyn
2017
22:45
26
394
21240
Virtual karabakh

15 aylıq körpənin qarnından çıxan kütlə həkimləri təəccübləndirdi

26 İyn, 2017
22:45
21240

15 aylıq körpənin qarnından çıxan kütlə həkimləri təəccübləndirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda cərrahlar unikal əməliyyatı uğurla başa vurublar.

Oxu.Az Day.Az-a istinadən bildirir ki, 15 aylıq Nişanın qarnından 3,5 kq ağırlığında əkizi çıxarılıb.

Nişanın anası, 28 yaşlı Sumathinin dediyinə görə, qızında aylardan bəri kəskin qarın ağrıları müşahidə olunurdu və bu ağrılar səngimirdi.

Həkimlər uşağı müayinə edəndə onun qarnında doğulmamış əkizinin olduğunu təsbit ediblər. İndiyədək dünyada 200 belə fakt qeydə alınıb.

Cərrahiyyə əməliyyatı zamanı Nişanın qarnından 3,5 kq ağırlığında sümük, ət və saçdan ibarət kütlə çıxarılıb.

Balaca Nişa qarnındakı parazitar əkizi ilə göbək bağı vasitəsilə bağlandığından həmin əkiz böyüməyə davam edirdi.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri