27 
İyn
2017
11:42
163
53
9268
Virtual karabakh

Çin-Hindistan sərhədində gərginlik

27 İyn, 2017
11:42
9268

Çin-Hindistan sərhədində gərginlik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin xarici işlər nazirliyi bir qrup hindistanlı sərhədçini ölkə sərhədini qanunsuz keçməkdə günahlandırıb və Hindistan hökumətindən tələb edib ki, onlar ÇXR-in ərazisini dərhal tərk etsinlər.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Qen Şuanın bəyanatında deyilir.

“Çin Hindistanı ölkə sərhədləri barədə razılığa əməl etməyə, ÇXR-in ərazi bütövlüyünə hörmətlə yanaşmağa, sərhədi qanunsuz keçən hərbçi qulluqçuları dərhal geri qaytarmağa və Çin-Hindistan sərhədində sülhün qorunması üçün insidenti dəqiq araşdırmağa çağırır”, -  bəyanatda deyilir.

Qeyd olunur ki, sərhədçilər Çin-Hindistan sərhədini Sikkim ştatı ərazisində keçiblər.

Qen Şuan əlavə edib ki, Çin tərəfi lazımi cavab tədbirləri görməyə hazırdır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri