27 
İyn
2017
20:18
21
110
1941
Virtual karabakh

Ukraynada dövlət qurumları və şirkətlərə irimiqyaslı kiberhücum

27 İyn, 2017
20:18
1941

Ukraynada dövlət qurumları və şirkətlərə irimiqyaslı kiberhücum

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ukraynanın kompüter sistemlərində yayılan naməlum virus onlarla dövlət qurumunun və özəl şirkətin fəaliyyətini iflic edib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, irimiqyaslı haker hücumu nəticəsində Ukrayna banklarının, enerji şirkətlərinin, dövlət və media qurumlarının internet resursları və lokal şəbəkələrin işi bloklanıb.

Kiberhücuma məruz qalan qurumlar arasında “Oşşadbank”, “Ukrqazbank”, “Pivedennıy”, OTR, “TASKombank” bankları, DTEK, “Kievenerqo”, “Ukrenerqo” enerji şirkətləri, “Borispol” hava limanı, “Ukrtelekom”, “Ukrpoçta”, “Kievvodokanal”, həmçinin “Kievstar”, “Vodafone” və “Lifecell” mobil operatorları, “Lyuks” teleradioşirkəti, ATR kanalı və b. media resursları var. Ukrayna Nazirlər Kabinetinin kompüter sistemləri və hökumətin saytı da işləmir.

İT mütəxəssisləri virusa yoluxmadan sığortalanmaq üçün yenilənmiş antivirus proqramlarından istifadə etməyi, naməlum mənbələrdən proqramlar yükləməməyi, elektron poçt ünvanı və sosial şəbəkələrdən gələn şübhəli linklərə daxil olmamağı məsləhət görürlər.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri