27 
İyn
2017
21:35
106
23
2278
Virtual karabakh

AŞPA korrupsiya hallarını araşdıracaq

27 İyn, 2017
21:35
2278

AŞPA korrupsiya hallarını araşdıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) korrupsiya hallarını araşdırmaq məqsədilə müstəqil araşdırma qrupunun yaradılması haqqında AŞPA bürosunun qərarı parlamentarilər tərəfindən ratifikasiya edilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu qərar Niderland nümayəndə heyətinin üzvü Tini Koksun “AŞPA bürosu və daimi Kommissiyaların fəaliyyəti” üzrə hesabatını müşayiət edən müzakirələrin gedişi zamanı qəbul edilib.

Assableyada korrupsiya hallarını araşdıracaq qrupun tərkibinə Böyük Britaniyadan Nikola Bratza, Fransadan Jan Lui Brugyer və İsveçdən Elizabet Fura daxildir. Qrupun bu gündən etibarən fəaliyyətə başlaması nəzərdə tutulur.

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri