27 
İyn
2017
22:10
357
37
4406
Virtual karabakh

Tacikistan prezidenti bir gündə 20 sünnət mərasimində oldu

27 İyn, 2017
22:10
4406

Tacikistan prezidenti bir gündə 20 sünnət mərasimində oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tacikistanın prezidenti Emoməli Rəhmon Milli Birlik Günü münasibətilə Vaxdat şəhərində bir gündə 30 toy və 20 sünnət mərasimində iştirak edib.

Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Tacikistan Prezidentinin mətbuat xidməti bu barədə məlumat yayıb.

Bildirilir ki, dövlət başçısı Emoməli Rəhmon bəy və gəlinlərə, həmçinin sünnət olunan uşaqlara hədiyyələr bağışlayıb.

Milli Birlik Günü hər il respublikanın bir şəhərində qeyd olunur. Həmin şəhərdə yeni obyektlər istifadəyə verilir, şənliklər keçirilir.

Qeyd edək ki, ölkədə vətəndaş müharibəsinin başa çatması münasibətilə təsis olunan Milli Birlik Günü bu il 20-ci dəfə qeyd edilir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri