28 
İyn
2017
19:09
14
196
1776
Virtual karabakh

Koalisiyanın Suriyaya hava zərbəsi nəticəsində 50 nəfər ölüb

28 İyn, 2017
19:09
1776

Koalisiyanın Suriyaya hava zərbəsi nəticəsində 50 nəfər ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hava zərbəsi üç təyyarə ilə Deyr-ez-Zor bölgəsinə endirilib. Zərbə nəticəsində xəsarət alanlar da var.

Onlar bölgədəki xəstəxanalara yerləşdiriliblər.   

“SANA” agentliyi isə mənbəyə istinadən hava zərbəsi nəticəsində azı 40 dinc sakinin həlak olduğunu xəbər verib. 

Agentliyin xəbərində bildirilir ki, hücum Məyadin rayonunun əd-Dublyan kəndinə edilib. Həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.

Xəbərdə həmçinin qeyd olunur ki, kəndin sakinləri hücumun təkrarlanacağından qorxaraq səhraya qaçıblar. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri