28 
İyn
2017
22:31
115
60
2160
Virtual karabakh

“Əl-Qaidə” silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb - YENİLƏNİB

28 İyn, 2017
22:31
2160

“Əl-Qaidə” silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Liviyada BMT-nin missiyasının üzvlərini oğurlayanlar öz tələblərini irəli sürüblər.

Oxu.Az Report-a stinadən xəbər verir ki, silahlılar Səudiyyə Ərəbistanında həəbs edilmiş tərəfdarlarının azad edilməsini tələb ediblər.

Məlumatda bildirilir ki, radikallar BMT-nin Ali Komissarının Qaçqınlar üzrə İdarəsinin 7 üzvünü oğurlayıblar. Onların arasında əcnəbilər də var.

20.15

“Əl-Qaidə” terror qruplaşmasının silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, insident paytaxt Tripolidən 45 kilometr qərbdə yerləşən Əz-Zaviyə yaşayış məntəqəsində baş verib.

Girov götürülən şəxsin adı və hadisənin təfərrüatları açıqlanmır. 

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri