29 
İyn
2017
09:00
39
15
2052
Virtual karabakh

ABŞ altı ölkə vətəndaşlarına vizaların verilməsində yeni meyarlar tətbiq etdi

29 İyn, 2017
09:00
2052

ABŞ altı ölkə vətəndaşlarına vizaların verilməsində yeni meyarlar tətbiq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ altı ölkə vətəndaşlarına (İran, Yəmən, Liviya, Suriya, Somali, Sudan) və qaçqınlara vizaların verilməsində yeni meyarlar tətbiq edib

Oxu.Az-ın APA-ya məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin memorandumunda bildirilir.

Sənədə əsasən, vizaların yalnız ABŞ-da sıx ailə və işgüzar əlaqələri olan namizədlərə verilməsi nəzərdə tutulur. Vurğulanır ki, namizədlər ABŞ-da yaxın qohumlarının (valideynlər, uşaqlar, bacı və qardaşlar) daimi yaşadığını sübut etməlidirlər. Həmçinin, uzaq qohumlarla bağlı müraciətlərə baxılmayacağı bildirilir. Müvafiq sənəd ABŞ-ın xaricdəki diplomatik nümayəndəliklərinə göndərilib.

Xatırladaq ki, fevral ayında ABŞ prezidenti D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. Daha sonra məhkəmə prezidentin miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.

İyunun 26-da  ABŞ Ali Məhkəməsi  prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb.  Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı qismən icra olunacaq. Yuxarıda qeyd olunan fərmanla bağlı Ali Məhkəmənin növbəti iclası oktyabr ayına təyin edilib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri