29 
İyn
2017
10:46
29
78
1295
Virtual karabakh

İtaliya mühacir axınına görə limanları bağlamağa hazırlaşır

29 İyn, 2017
10:46
1295

İtaliya mühacir axınına görə limanları bağlamağa hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya son günlər ərzində Apennin ərazisinə 12 minə yaxın mühacirin gəlməsi səbəbindən limanlarını bağlana biləcəyini bəyan edib.  

Oxu.Az xəbər verir ki, bu barədə la Repubblica qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, İtaliyanın Avropa İttifaqındakı nümayəndəsi Mauritsio Massari daxili işlər üzrə Avropa komissarı Dimitris Avramopulosu xəbərdar edib ki, yaranan kritik vəziyyətlə əlaqədar İtaliya öz limanlarında “qeyri-italyan gəmilərindən” enişlərə zəmanət verə bilmir. 

İtaliyanın Sahil Mühafizə Xidmətindən verilən məlumata görə, ötən günlər ərzində Aralıq dənizində 8,5 min mühacir xilas edilib. Beynəlxalq miqrasiya təşkilatının məlumatına görə, bu ilin əvvəlindən Aralıq dənizi üzrə Avropaya 77 min mühacir gəlib. Mühacirlərin əksəriyyəti (85%-dən çoxu) İtaliyaya üz tutub, 1828 nəfər Aralıq dənizini keçməyə cəhd edərkən həyatını itirib. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri