29 
İyn
2017
11:05
8
162
1657
Virtual karabakh

Pakistanda benzin daşıyan maşının alışması nəticəsində ölənlərin sayı 170-ə çatdı

29 İyn, 2017
11:05
1657

Pakistanda benzin daşıyan maşının alışması nəticəsində ölənlərin sayı 170-ə çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistanın şərqində benzin daşıyan maşın qəzaya uğrayıb, nəticədə yanğın baş verib. Yanğın nəticəsində ölənlərin sayı 173 nəfərə çatıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Associated Press agentliyi yerli xəstəxananın nümayəndəsi, həkim Abdula Basitə istinadən məlumat yayıb. 

Daha öncə 152 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Basitin sözlərinə görə, daha 37 nəfər xəstəxanada müalicə alır. 

Xatırladaq ki, hadisə bazar günü səhər saatlarında Pəncab əyalətində baş verib. Yerli sakinlər yanacaq yığmaq üçün aşan benzin daşıyan maşınının ətrafına toplaşıblar. Şahidlərin sözlərinə görə, bəziləri siqaret çəkiblər. Yanğın da bu səbəbdən başlayıb. Onlarla avtomobil, 75 motosiklet və dörd yük maşını alova bürünüb.   

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri