29 
İyn
2017
15:33
190
21
1797
Virtual karabakh

Qətərin müdafiə naziri Türkiyəyə səfər edəcək

29 İyn, 2017
15:33
1797

Qətərin müdafiə naziri Türkiyəyə səfər edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərin müdafiə naziri Xalid əl-Attiya sabah Ankaraya səfər edəcək. 

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 

Məlumata görə, Türkiyəyə səfər çərçivəsində əl-Attiya ölkənin müdafiə naziri Fikri İşık ilə görüşəcək. Səfərin digər detalları açıqlanmır.   

İyunun 9-da Qətər və Türkiyə arasında hərbi saziş qüvvəyə minib. Müvafiq sənəd Ankarada 2016-cı ilin noyabr ayının 10-da imzalanıb. 

Daha öncə Qətər ərazisində türk hərbçilərindən ibarət heyətin yerləşdirilməsinə dair Türkiyə və Qətər arasında sazişə dair qanun qəbul edilib.   

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri