14 
İyl
2017
08:42
69
18
2578
yuxarı
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirildi
14 İyl, 2017
08:42
2578
69
18
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirildi
ABŞ-ın sabiq prezidenti Cimmi Karter Kanadada orqanizmin susuzlaşması səbəbindən xəstəxanaya yerləşdirilib, lakin hazırda özünü yaxşı hiss etdiyi bildirilir.
Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə Karter Mərkəzinin saytında dərc olunmuş bəyanatda deyilir.
“Sabiq prezidentin orqanizmində quruma bu gün səhər Kanadadakı Manitoba əyalətinin Vinnipeq şəhərində “İnsan üçün yaşayış yeri” tikinti layihəsi üzərində işləyərkən qeydə alınıb”, - deyə bəyanatda bildirilir.
92 yaşlı sabiq prezidentin nümayəndəsi söyləyib ki, Karter “ehtiyat üçün” müayinədən keçmək məqədi ilə xəstəxanaya yerləşdirilib, həyat yoldaşı onun yanındadır.
A.S.