15 
İyl
2017
10:46
144
17
1446
Virtual karabakh

Rusiyanın Türkiyədəki yeni səfiri Ankaradadır

15 İyl, 2017
10:46
1446

Rusiyanın Türkiyədəki yeni səfiri Ankaradadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Türkiyədəki yeni səfiri Aleksey Yerxov Ankaradadır.  Yerxov Türkiyə Parlamentinin, keçən il iyul ayında ölkədə hərbi çevrilişə cəhdə həsr olunmuş  xüsusi iclasında iştirak edəcək. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfirliyindən bildiriblər.

Xatırladaq ki, iyun ayında Rusiya prezidenti Vladimir Putin Yerxovu ölkənin Türkiyədəki səfiri təyin edib. Daha öncə Yerxov Misirdə səfir, İstanbulda isə Rusiyanın baş konsulu vəzifəsini icra edib. 

“Rusiyanın Türkiyədəki yeni səfiri Aleksey Yerxov Ankaradadır. Hava limanında onu Türkiyə XİN-in protokol departamentinin direktoru Şövgi Mütevellioğlu qarşılayıb”, - agentliyin həmsöhbəti bildirib.

Yerxov bu gün Türkiyə parlamentinin sədri İbrahim Qəhrəmanın dəvəti və ölkə prezidenti Rəcəb Tayib Ərdoğanın razılığı ilə parlamentin, keçən il iyul ayında ölkədə hərbi çevrilişə cəhdə həsr olunmuş  xüsusi iclasında iştirak edəcək. 

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı ilin dekabr ayının 19-da Ankarada sərginin açılışında qətlə yetirilmişdi. Səfirə atəş açan cinayətkar polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdi. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri