15 
İyl
2017
11:31
560
33
8076
Virtual karabakh

Kadırov: Geyləri Kanadaya aparın – VİDEO

15 İyl, 2017
11:31
8076

Kadırov: Geyləri Kanadaya aparın – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın NVO telekanalına verdiyi müsahibəsində qeyri-ənənəvi seksual orientasiyaya malik insanların təqib edildiyinə dair xəbərləri cəfəngiyat adlandırıb, Çeçenistanda belə insanların sadəcə olmadığını deyib. 

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kadırov, belə insanlar meydana çıxarsa onları Kanadaya aparılmasını xahiş edib.   

“Bu cəfəngiyyatdır, bizdə belə insanlar yoxdur. Bizdə gey yoxdur! Əgər varsa Kanadaya aparın. Allah qorusun! Belələri bizdən uzaq olsun, mümkün qədər uzaq”, - çeçen lideri jurnalistlə söhbət zamanı bildirib. 

Çeçenistanda geylərə işgəncə verildiyi və qətlə yetirildiyinə dair KİV-də yayılan məlumatlara gəldikdə isə Kadırov bəyan edib ki, bu şayiələri yayanlar şeytana qulluq edirlər və Allah qarşısında cavab verməli olacaqlar.  
“Onlar şeytandırlar, satqındırlar, onlar insan deyillər. Bizə böhtan atdıqları üçün onlara lənət olsun. Onlar Allah qarşısında bunun üçün cavab verməli olacaqlar”, - Ramzan Kadırov bəyan edib. 

Daha öncə Ramzan Kadırov Fransa prezidentinin Vladimir Putin ilə görüş zamanı “geylərin Çeçenistanda vəziyyətini müzakirə etdiyinə” dair bəyanatından sonra Fransa prezidenti Emmanuel Makronu və Almaniya kansleri Angela Merkeli Çeçenistana dəvət etmişdi. Kadırov qeyd edib ki, bu səfər nəticəsində hər iki avropalı lider regiondakı vəziyyəti şəxsən qiymətləndirə biləcək.  

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri