15 
İyl
2017
13:20
12
471
2525
Virtual karabakh

Əfqanıstanda məktəb bombardman edildi

15 İyl, 2017
13:20
2525

Əfqanıstanda məktəb bombardman edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanın Gündüz şəhərində orta məktəb havadan hücuma məruz qalıb. 

Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində yaxınlıqdakı evdə olan üç uşaq xəsarət alıb.

Məktəbin direktoru Gül Nəsiri bildirib ki, bombardman zamanı təhsil ocağında xoşbəxtlikdən heç kim olmayıb. 

O əlavə edib ki, aviazərbələr zamanı məktəblə yanaşı, ətrafda yerləşən onlarla ev və mağaza dağıdılıb. 

Hücumun kim tərəfindən həyata keçirilməsi barədə rəsmi məlumat yoxdur. Lakin yerli hakimiyyəti aviazərbələrə görə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrini günahlandırır.

Qeyd edək ki, hazırda Əfqanıstanda 8,5 min ABŞ əsgəri və 4,5 minə yaxın NATO-nun hərbi qulluqçusu var. Son vaxtlar ölkədə vəziyyət kəskin pisləşib. “Taliban” terror qruplaşması böyük şəhərlərə hücumlara başlayıb. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri