15 
İyl
2017
22:40
28
289
7417
Virtual karabakh

Yaşlı qadın 27 linzanı gözündə unutdu

15 İyl, 2017
22:40
7417

Yaşlı qadın 27 linzanı gözündə unutdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göz həkimi britaniyalı təqaüdçünün gözündə 27 linza aşkarlayıb.

Oxu.Az AzNews.az-a istinadla xəbər verir ki, təqaüdçü linzanı çıxarmağı unudaraq növbəti linzanı taxıb. Yaşlı qadın katarakt əməliyyatı üçün həkimə müraciət edib. Həkim xəstəyə ilkin baxış zamanı göz almasının üzərində mavi pərdə olduğunu görüb.

Məlum olub ki, qadının gözündə 27 linza var, halbuki, qadın bunu heç özü hiss etməyib. İlkin müayinə zamanı həkim onlardan 17-sini götürə bilib. İkinci baxış zamanı isə artıq digər 10-unu da götürüb. 67 yaşlı qadının gözündə güclü qaşınma olub. Sonradan məlum olub ki, yaşlı qadın həmin limzaları 35 il imiş gözündə gəzdirirmiş. Qadının gözündən linzalar çıxarıldıqdan sonra onun gözündə bərpa prosesləri gedib. Beləliklə, əməliyyat təxirə salınıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri