16 
İyl
2017
11:06
57
146
5839
Virtual karabakh

Moskvada “sarı təhlükə” səviyyəsi elan olunub

Sinoptiklər Moskvada bazar günü, iyulun 16-da, hava şəraiti ilə əlaqədar “sarı təhlükə” səviyyəsi barədə xəbərdarlıq ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Hidrometeoroloji Mərkəzinin rəsmi saytında bildirilir.

Məlumata görə, paytaxt regionunda bazar günü güclü yağış yağacaq, şimşək çaxacaq, küləyin sürəti isə saniyədə 12-17 metrə qədər çatacaq.

“Təhlükəli hadisələrin intensivlik dərəcəsi: Sarı - hava potensial təhlükəlidir”, - deyə məlumatda qeyd olunur.

S.B.
www.oxu.az

Digər Dünya xəbərləri