17 
İyl
2017
11:29
20
37
1155
yuxarı
Rəsmi Seul Pxenyana hərbi danışıqların bərpa olunmasını təklif edib
17 İyl, 2017
11:29
1155
20
37
Rəsmi Seul Pxenyana hərbi danışıqların bərpa olunmasını təklif edib
Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasına Koreya yarımadasında gərginliyin azaldılması üçün hərbi nümayəndələr arasında danışıqların aparılmasını təklif edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, iki ölkə arasında dialoqun bərpası ideyasını Cənubi Koreya prezidenti Mun Çje İn Almaniyaya səfəri zamanı irəli sürüb.
Əgər rəsmi Pxenyan təklifə müsbət cavab versə, danışıqlar iki dövlət arasında demilitarizasiya zonasında keçiriləcək.
Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, KXDR tərəfindən müsbət cavaba ümid edirlər.
Ehtimal olunur ki, hərbi danışıqlar iyulun 21-də keçiriləcək. Rəsmi Seul həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə dialoqu bərpa etmək təklifini irəli sürüb.
N.O.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
20 
Apr
2024
14:20
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
107
1
615
20 
Apr
2024
09:30
ABŞ-dən Qazax rayonunun dörd kəndinin qaytarılmasına REAKSİYA - FOTO/VİDEO
221
18
6679