17 
İyl
2017
19:55
104
35
2548
Virtual karabakh

Ruhaninin həbs edilən qardaşı xəstəxanaya yerləşdirildi

17 İyl, 2017
19:55
2548

Ruhaninin həbs edilən qardaşı xəstəxanaya yerləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə cinayətlərində təqsirli bilinərək həbs edilən İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun özəl klinikaların birinə yerləşdirilib.

Oxu.Az-ın İran KİV-ə istinadən xəbərinə görə, Fereydunun halı məhkəmə zalında qəfil dəyişib. 

Prezidentin qardaşı dərhal Tehrandan şimalda yerləşən özəl klinikaya göndərilib. 

Qeyd olunur ki, Hüseyn Fereydun hazırda zaminə buraxılıb, lakin məhkəmə prosesi davam etdiriləcək.

H.Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri